Sabiq Daxili İşlər Nazirinin durumu kəskin pisləşdi | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


Sabiq Daxili İşlər Nazirinin durumu kəskin pisləşdi

Siyasət A- A A+

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Həkimlər onun həyatı ilə çarpışırlar.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla ötən aydan koma vəziyyətində olan İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, xəstədə mütəmadi tənəffüs pozuntuları qeydə alınır:

“Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beyinin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beyinin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Aparılan müalicə sxeminə müəyyən korrektələr edilib.

Hazırda xəstə hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, durumu qeyri-stabildir”.

***

Bu dəqiqələrdə İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə sabiq nazirin səhhətinin kəskin pisləşdiyi barədə açıqlama yaydı.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...