Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qiymətləndirəcəyik - Paşinyan | Eurasia Diary - ednews.net

10 Aprel, Cümə


Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qiymətləndirəcəyik - Paşinyan

Siyasət A- A A+

“İrəvan Azərbaycanın Dağlıq Qarabağa hücumunu Ermənistana edilən hücum kimi qiymətləndirəcək”.

Eurasia Diary “Panorama”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın Fridrix Ebert Fondundakı görüşdə azərbaycanlı icmasının nümayəndələrinin onun daha əvvəlki “Qarabağ Ermənistandır” açıqlaması barədə suallarını cavablandırarkən deyib.

"Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin qarantıdır, bu qədər".

“Hətta Ermənistanın hər hansı hökuməti birtərəfli tədbir görməli olsa belə bu problemin həllinə gətirməyəcək, əksinə onu daha da dərinləşdirəcək".

"Azərbaycan ərazilər barədə danışmaqda davam edir, amma bizim təhlükəsizliyə diqqət yetirdiyimizi anlamaq vacibdir."

Onun sözlərinə görə, qondarma Dağlıq Qarabağ respublikası digər dövlətlər kimi öz təhlükəsizliyini güzəştə getməyə hazır deyil: "Yəni vəziyyət hazırda mövcud olmayan və heç vaxt mövcud olmamış təhlükəsizlik qarantiyası ilə həll edilə bilər", deyə Ermənistanın baş naziri əlavə edib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...