Ukrayna parlamenti Xocalı soyqırımının tanınması məsələsinə baxacaq | Eurasia Diary - ednews.net

29 Sentyabr, Çərşənbə axşamı


Ukrayna parlamenti Xocalı soyqırımının tanınması məsələsinə baxacaq

Siyasət A- A A+

Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Eurasia Diary xəbər verir ki, bu barədə report-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.

H.Cavadov qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıb və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir.

“Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə dünya ictimaiyyətinə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində ölkələrimiz arasındakı dəstək və həmrəyliyi göstərəcək”, - H.Cavadov söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...