İranda 21 fevral Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən tədbirdə iştirak edən 4 azərbaycanlı tələbə həbs edildi.
Eurasia Diary İran İnsan Hüquqları Fəalları Agentliyinə istinadən xəbər verir ki, Tehrandakı 54 saylı Apellyasiya Məhkəməsi, azərbaycanlı tələbələr Bəhnam Şeyx, Əkbər Azad, Əli Rza Fərşi və Həmid Mənafinin 2016-cı il tarixli qərarından sonra verilən apellyasiya şikayətini müzakirə etdi.
Apellyasiya Məhkəməsi tələbələrə 2 il həbs və 2 il sürgün cəzası verdi.