Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov tutduğu vəzifədən azad olunub.
"EDNews"un məlumatına görə, o, növbədənkənar parlament seçkilərində 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki vəzifəsindən azad edilib.