Azərbaycan XİN-in rəsmi nümayəndəsi Paşinyan haqda “Ermənistanda ona salam belə vermirlər”

Siyasət 21:59 14.03.2020

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva virtualaz.org üçün xüsusi açıqlama verib. XİN-in rəsmi nümayəndəsi Ermənistan Xarici İşlər Nazirliyinin Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı nitqinə reaksiyasına münasibət bildirib.

L.Abdullayeva deyib ki, Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışından sonra Ermənistan XİN-ə 4 gün vaxt lazım oldu ki, bu çıxışı qavrasınlar və açıqlama hazırlasınlar: “Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi. Həmişə olduğu kimi, çıxış bu dəfə də dövlət başçısı tərəfindən hər hansı qeydlərə, vərəqlərə baxılmadan təqdim olundu. Çıxış əsnasında Prezident tarixi faktlara istinad edərək Ermənistana növbəti dəfə zərbə vurdu. Burada xüsusilə 1805-ci il Kürəkçay müqaviləsinə istinad edildi. Tövsiyə edərdik ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Kürəkçay müqaviləsi öyrənilsin, hətta bu müqavilə haqqında broşürün hazırlanması da faydalı olardı. Onların bu müqaviləni yaxından öyrənməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı.

Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı/toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayətdir ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür.

Prezident öz çıxışında Ermənistanın Respublika Partiyası ilə də bağlı məsələlərə toxunub. Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edirdi. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində, bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyaya böyük bir zərbədir.

Ermənistan baş nazirinin metroda biabırçı hərəkəti onun ölkədə nə qədər hörmətsiz olduğunu açıq şəkildə göstərir. İnsanlar ona salam belə vermirlər və gənc xanım tərəfindən vərəqin cırılaraq onun üzünə atılması da onun nə dərəcədə hörmətsiz olduğunun göstəricisidir.

Ermənistanda islamofobiya və ksenofobiya pik səviyyədədir. Əhalinin 99,9 faizini məhz ermənilər təşkil edir. Azərbaycan isə çoxkonfessiyalı və çoxmillətli bir dövlətdir. Prezidentin çıxışında dünya dini liderlərinin, xüsusilə Roma Papasının, bu məsələdə Azərbaycanla bağlı səsləndirdiyi ifadələri dilə gətirilib. Lakin bu günədək dünya dini liderləri tərəfindən Ermənistandakı çoxkonfessiyalılıq haqqında heç bir söz eşitməmişik. Çünki Ermənistanda faşizm və ksenofobiya mahiyyətli siyasət həyata keçirilir. Bütün bu illər ərzində Ermənistan gəncləri faşizm ideologiyası əsasında böyüdülüb. Ermənistanın özünü əziyyət çəkən xalq kimi təqdim etməsi, özünü alçaltmaqdan və yalançı tarix ilə spekulyasiya etməkdən başqa bir şey deyildir. Ermənistanın hazırkı hakimiyyətinin qeyri-legitim olması heç kimə sirr deyil. Siyasi rəqiblərinə qarşı repressiyaların həyata keçirilməsi Ermənistan hakimiyyətinin antidemokratik və antiinsani mahiyyətini açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə gəldikdə isə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə müsbət qiymət verilib. Bəzi Avropa qurumlarında Ermənistanın təsiri altında Azərbaycana qarşı çirkin niyyətli olan şəxslər Azərbaycan tərəfindən ifşa edilməkdə davam etdiriləcək. Məsləhət görərdik ki, Ermənistan XİN-i Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə burnunu soxmasın.

Yaxşı bilirik ki, Ermənistan Avropa qurumları ilə müzakirələrdə bir söz, digər tərəfdaşları ilə müzakirələrdə isə tamamilə fərqli fikirlər işlədir. Hətta Avropa ilə təmaslarda o iddia ilə çıxış edir ki, bəzi müttəfiqləri və tərəfdaşları olmasa sanki Ermənistan Avropaya daha da yaxın olardı. Bu da Ermənistanın yürütdüyü riyakar siyasətin bir nümunəsidir. Ermənistan XİN-i 4 gün ərzində bir vərəqin yazılmasına müvəffəq olması onların məhdud düşüncəsini əks etdirir.

Bütün bunlar Ermənistanın məsuliyyətsiz və təhlükəli siyasət yürütdüyünün əlamətləridir. Məhz Ermənistanın yürütdüyü bu siyasət regional təhlükəsizliyə ciddi təhdid törədir. Belə məsuliyyətsiz hərəkətlər davam edərsə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti tam şəkildə Ermənistan daşıyacaq”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı