Baş prokurorun yeni müavinləri DOSYE

Siyasət 11:46 24.05.2020

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Baş prokurorun birinci müavini Rüstəm Usubovu və Baş prokurorun müavini Namiq Əsgərovu tutduqları vəzifədən azad edib. 

Dövlət başçısının müvafiq sərəncamları ilə Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Yeni müavinlər kimdirlər?

Baş prokurorunun birinci müavini Elçin Məmmədbağır oğlu Məmmədov 1971-ci ildə anadan olub, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına qulluğa qəbul olunaraq, Azərbaycan nəqliyyat prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor işləyib.

1994-cü ildən Azərbaycan nəqliyyat prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsinin prokuroru, 1995-ci ildən Azərbaycan nəqliyyat prokurorluğunun böyük müstəntiqi, 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti kimi çalışıb.

2002-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi işləyib.
2012-ci ildən Gəncə şəhər prokurorunun müavini vəzifələrində çalışıb, 3 fevral 2016-cı il tarixdən son təyinatadək Lənkəran prokuroru vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun birinci müavini vəzifəsinə təyin edilib. Rus dilini bilir.


Baş prokurorunun müavini Elmar Heybət oğlu Camalov 1969-cu ildə anadan olub, 1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət edib, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi işləyib.

2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışıb.
6 noyabr 2019-cu ildən son təyinatadək Mingəçevir şəhər prokuroru vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun müavini vəzifəsinə təyin edilib. Rus dilində sərbəst bilir.

Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Hafiz oğlu Rəcəbov 1964-cü ildə anadan olub, 1989-cu ildə Karaqanda Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra Qazaxıstan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq, Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.
1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına keçirilmə qaydasında işə qəbul olunaraq, Nəqliyyat prokurorluğunun prokuror-kriminalisti və baş müstəntiqi vəzifələrində işləyib. 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin Qanunvericiliklə iş üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru, böyük prokuror-metodisti vəzifələrini tutub.

1995-ci ildən Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru və böyük prokuroru, 2001-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində çalışıb
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə işə keçirilərək, həmin şöbənin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində işləyib. 29 yanvar 2015-ci ildə prokurorluq orqanlarına işə keçirilərək, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib, III dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsindədir.

Azərbaycan Prezidentinin 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə N.Rəcəbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Baş prokurorun 20.12.2019-cu il tarixli əmri ilə isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
N.Rəcəbov Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun  müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rus dilində sərbəst danışır.(modern.az)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı