Zahid Oruc: ABŞ Qarabağla bağlı məxfi sənədləri açdı

Siyasət 12:16 31.05.2020

ABŞ Dövlət Departamenti üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın 1993-95-ci illər ətrafında baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may tarixində ictimaiyyət üçün açıq elan edib. Dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz onunla Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər. Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrin yerləşdirilməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır.

EDNews.net  xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədrinin sözlərinə görə, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib:

“Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyaraq onu qəbul etdirilməsinə imkan verməyib. Həmin diplomatik yazışmalarda BMT qətnamələrinin necə gərgin danışqlar, dövlətimizin ağır hərbi döyüşlərin getdiyi bir şəraitdə beynəlxalq siyasi cəbhədə necə fədakarlıq göstərdiyini də görmək mümkündür. Bunlarla yanaşı, biz ötən iclasların birində Heydər Əliyevin Britaniya baş naziri Con Meycorla danışıqlarda 1995-ci ildə Beynəlxalq birlikdən, London və Vaşinqtondan Qarabağ məsələsində obyektiv mövqe tutmaları üçün hansı prinsipiallığı, tələbləri və sərt xətti həyata keçirdiyinin şahidi olmuşduq. Biz istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə kütləvi informasiya vasitələrimiz o həqiqətləri göstərsin. Aydın məsələdir ki, əgər regionda xarici hərbi birliklər yerləşdirilsəydi, münaqişə tamamilə onların inhisarına keçəcəkdi. Ona görə də xarici hərbi qüvvələrin gəlməsinin qarşısını alan, suveren hüquqlarımızı sonadək ləyaqətlə, peşəkarlıqla qoruyan liderin məhz Heydər Əliyev olduğu bir daha vurğulamaq lazımdır. O vaxt hakimiyyət əleyhinə yazılan minlərlə böhtan və şər, necə ki, onu indi də edirlər, onlar da tarix qarşısında öz cavabdehliklərini dərk etsinlər”.(axar.az)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı