Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi

Siyasət A- A A+

“Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yol yoxdur”.

EDNews.net  xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Naxçıvanın Türkiyə ilə gediş-gəliş və iş məsələsi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. Üç ay ərzində onların gedib-qayıtması yalnız qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır.

Komitə sədri deyib ki, pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb: “Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar və iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...