“Türkiyədəki tələbələrimiz orada çətinliklə qarşılaşıb” | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


“Türkiyədəki tələbələrimiz orada çətinliklə qarşılaşıb”

Siyasət A- A A+

“Türkiyədə iyunun 15-dən etibarən tədris ili yekunlaşır. Bu səbəbdən də universitetlərin yataqxanlarında qalan azərbaycanlı tələbələr çətinliklə qarşılaşıb”.

EDNews.net  xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyənin qərarına əsasən tədris ili başa çatdıqdan sonra iyunun 15-də yataqxanalar təmir üçün bağlanır: “Azərbaycandan əsasən maddi imkanı zəif olan ailələrin uşaqları yataqxanada qalırlar. Onlar iyunun 15-dən yataqxanadan çıxmalı olacaqlar. Bəziləri də məzun olub. Mən dünən Türkiyədəki təhsil müşavirimizlə danışdım. 2400 nəfər tələbə Azərbaycana qayıtmaq üçün qeydiyyatdan keçib. Bu ailələrinin əksəriyyəti bilet pulunu özləri almağa razıdırlar.  Xahiş edirlər ki, çarter reysləri ilə ölkəyə gətirilmələri təmin edilsin. Onlar burada karantində qalmağa da razıdırlar”.(azərbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...