"Separatçı rejimin rəhbəri Araik Arutyunyan iyunun 30-da qondarma qurumun "qanunverici" və "icra hakimiyyəti nümayəndələri"nin iştirakı ilə geniş iclas keçirib".
Bu barədə Ermənistan KİV Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik torpaqlarında qondarma separatçı-terrorçu rejim rəhbərliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Daha sonra deyilir:
"Məlumata görə, iclasda separatçı rejim rəhbərinin 2020-2025-ci illər üçün proqramı təqdim edilib. Arutyunyan çıxışında vurğulayıb ki, proqramda "prezident"in və "icra hakimiyyətləri"nin əsas prioritetləri, həmçinin qurumun növbəti 5 il üçün inkişafı da yer alır”... (moderator.az)