Azərbaycana qarşı hazırlanmış məkrli planın qarşısı alındı Azay Quliyev

Siyasət 14:27 15.07.2020

"Dünən gecə Azərbaycan xalqına və dövlətinə qarşı hazırlanmış çox məkrli bir planın qarşısı alındı".

Bu fikirləri Modern.az-a millət vəkili Azay Quliyev deyib.

Deputata bildirib ki, ərazilərimizin işğaldan azad olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşmək istəyən, ordumuza coşqulu dəstək verən, şəhidlərimizin ruhunu uca tutan və düşmənə gözdağı olan minlərlə vətənpərvər insanımız dünən küçələrə axışaraq ümummilli həmrəylik nümayiş etdirdilər, işğalla barışmayacaqlarını və vətən müharibəsində dövlətə hər cür dəstək verməyə hazır olduqlarını bildirdiər:

"Epidemoloji vəziyyətin ağır olmasına baxmayaraq Azərbaycan polisi nəinki bu aksiyanın qarşısını almadı, əksinə onun təhlükəsizliyini təmin edərək yol boyu şəhidlər xiyabanına və parlament bunasının qarşısına kimi müşahidə etdi, bəzən də vətəndaşlara qoşulub milli şüarlar səsləndirərək onlara dəstək verdi. Belə bir mənzərəni görmək həqiətən qürurverici idi.

Lakin təəssüflər olsun ki, dövlətə və orduya bu cür coşqulu dəstək aksiyasından ciddi təşvişə düşən düşmənlərimiz dərhal hərəkətə keçərək öz təxribatçı qüvvələrini insanların arasına yeritdilər, dünyaya və işğalçı ermənistana sərt mesajları çatdırmağa və milli birliyi nümayiş etdirməyə nail olan vətənpərvər insanların duyğularını istisamar edərək onları aksiya başa çatdıqdan sonra dağılışmağa qoymadılar, gecə saat 04 radələrinə kimi Parlament binasının qarşısında saxladılar, dövlət rəsmilərinin və polisin çox nəzakətlə “dağılışın” xahişinə əməl etmədilər. Sonra özlərinin məkrli və təhlükəli planının işə salaraq parlament binasına zorla daxil olaraq aksiyanı dövlətin əleyhinə yönəltməyə, polisə qarşı güc tətbiq etməyə və iğtişaş yaratmağa cəhd etdilər.

Bizim üçün tanış olan bu planın məqsədi 90-cı illərin əvvəllərində olduğu kimi Bakıda siyasi böhran və hərci-mərcilik yaratmaq, diqqəti və bütün resursları cəbhədən paytaxta yönəltmək və millətimizə növbəti faciələri yaşatmaqdan ibarət idi. Dövlətimizin soyuqqanlı və peşəkar davranışı düşmənlərin bu planını darmadağın etdi. Xalqımıza qarşı hazırlanmış çox təhlükəli və məkrli bir ssenarinin qarşısı alındı. Dövlət öz gücünü və sayıqlığını nümayiş etdirərək düşmənlərimizi sevinməyə qoymadı və onları bir daha məyus etdi.

Heç şübhəsiz ki, hüquq-mühafizə orqanları ordumuzun işğalçı ermənistana qarşı hərbi əməlliyatlar apardığı bir vaxtda milli maraqlarımıza, xalqımızın birliyinə və bütövlüyünə qarşı qəsd edənlərin, şəhidlərin müqəddəs ruhuna hörmətsizlik göstərənlərin kimliyini və onların arxasında duran qüvvələri tezliklə müəyyənləşdirəcək və onlar haqq etdikləri ən ağır cəzanı alacaqlar.

Mən fürsətədən istifadə edib Azərbaycan polisinə gösrətidyi səbr və təmkinə, yüksək vətənpərvərliyə və eyni zamanda peşəkarlığa görə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra bu cür aksiyalara imkan verilməyəcək və hazırkı şəraitdə müharibənin diqtə etdiyi şərtlər mütləq nəzərə alınacaqdır.

İndi əsas diqqətimizi tam olaraq cəbhəyə yönəldə bilərik. Xalq və cəmiyyət olaraq bundan sonrakı əsas vəzifəmiz milli birliyimiz və bütövlüyümüz üçün var gücümüzlə çalışmaq, Ali Baş Komandanın ətrafında sıx birləşərək işğal olunmuş torpaqlarımızın azadlığını təmin edəcək o möhtəşəm qələbəni yaxınlaşdırmaq, dövlətimizi hər cür təxribat və təzyiqlərdən qorumaqdan ibarətdir.

Allah yar və yardımçımız olsun!

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı