Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir | Eurasia Diary - ednews.net

26 Sentyabr, Şənbə


Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir

Siyasət A- A A+

Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.

EDNews.net xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin və Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Növbədənkənar iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...