İrəvan Qarabağı qaytarmalıdır, yoxsa… - Daniyelyan | Eurasia Diary - ednews.net

26 Sentyabr, Şənbə


İrəvan Qarabağı qaytarmalıdır, yoxsa… - Daniyelyan

Siyasət A- A A+

Ermənilər torpağları geri qaytarmasa, Azərbaycan onu hərbi yolla alacaq. Nikol Paşinyan Ermənistan silahlı qüvvələrindəki vəziyyətə nəzarət edə bilmir. Məhz bu səbəbdən onu hakimiyyətə gətirən qüvvələr öz fəaliyyətlərində bəzi dəyişikliklər etməyə məcbur olublar.

Erməni mətbuatı yazır ki, bu fikirləri politoloq Artur Daniyelyan “Obzor” siyasi tok-şousunda səsləndirib.

“Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı “küncə sıxmaq” cəhdidir. Artıq Paşinyan həm Qarabağ məsələsində, həm də mədən problemində güzəştə getməli olacaq.

Paşinyan Amulsar mədəninin istismarına icazə verməsə, onun təhlükəsizlik problemləri yaranacaq, çünki metodlarında heç bir məhdudiyyəti olmayan Sasna Çrer qruplaşması terror aktlarını davam etdirəcək.

Bu da onu göstərir ki, Paşinyanın sonu yaxınlaşır”, – erməni politoloq bildirib. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...