"Bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır" - Türkiyə XİN | Eurasia Diary - ednews.net

26 Oktyabr, Bazar ertəsi


"Bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır" - Türkiyə XİN

Siyasət A- A A+

“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd,  Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki vətəndaşların ölümünə səbəb olan Ermənistanı şiddətlə qınayırıq. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin qarşısında ən böyük maneə olduğunu bir daha nümayiş etdirdi". 

Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb:

"Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq.

Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Şəhid olan azərbaycanlı qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, Can Azərbaycana başsağlığı veririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...