"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir" - Saakaşvili mövqeyini açıqladı | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir" - Saakaşvili mövqeyini açıqladı

Siyasət A- A A+

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycanla Ermənistan arasında son günlər davam edən hərbi toqquşmalara münasibət bildirib.

Eurasia Diary “Qafqazinfo”ya istinadən xəbər verir ki, Saakaşvili öz feysbuk hesabında paylaşım edərək, Dağlıq Qarabağın ərazisinin Azərbaycanın suverenitetinə daxil olduğunu bildirib.

“Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərən hər kəsi çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Bu səbəbdən insan fədakarlığını və vəziyyətin kəskinləşməsini böyük ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, ərazi bütövlüyü prinsipinə söykənirəm, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bu, dəyişməyəcək.

Əlbəttə, eyni zamanda bu bölgədən çıxarılan və hazırda orada da yaşayan hər kəsin öz evlərinə qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüquqları qorunmalıdır. Gürcüstan, Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərinin qurulmasında maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlər kimi olmalıdır. Xarici qüvvələr bizi ələ keçirməkdə və bizi idarə etməkdə maraqlıdır və biz buna heç bir şəkildə icazə verməməliyik!”,- deyə Saakaşvili qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...