Sabah BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Sabah BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Siyasət A- A A+

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a qurumdakı mənbədən məlumat verilib.

"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbədən agentliyə bildirilib.

Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib. 

Qeyd edək ki, məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...