Rusiya Dumasından Qarabağdakı vəziyyətlə bağlı | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


Rusiya Dumasından Qarabağdakı vəziyyətlə bağlı

Siyasət A- A A+

Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib.

Eurasia DiaryQafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bəyanatda Rusiya parlamentariləri tərəfləri danışıqlara qayıtmağa çağırıb və vəziyyəti sabitləşdirmək üçün vasitəçi olmağa hazır olduqlarını bildiriblər.

“Dövlət Duması dərhal atəşkəsin bərpasının zəruriliyini, bölgədə qarşıdurmanın artmasına yol verilməməli olduğunu və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayır. Dövlət Dumasının millət vəkilləri tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır və vəziyyəti sabitləşdirmək üçün vasitəçilik köməyi göstərməyə hazır olduğunu bildirir”,- deyə bəyanatda qeyd olunub.

Həmçinin, millət vəkilləri açıqlamalarında Dağlıq Qarabağ münaqişəsi zonasında çoxsaylı insan tələfatına səbəb olan vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...