İran parlamentində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


İran parlamentində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub

Siyasət A- A A+

“Dağlıq Qarabağ probleminin ən optimal yolu dialoqdur”. 

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəz Əmuyi deyib. 

Ə. Əmuyi qeyd edib ki, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının çərşənbə günü keçirilən iclasında bölgədə gedən son proseslər, o cümlədən Qarabağ bölgəsində davam edən hərbi əməliyyatlar müzakirə olunub.

O, təmsil olunduğu komissiyanın Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa çağırdığını vurğulayıb: “İran İslam Respublikası mübahisələrin həllində ən qısa müddətdə irəliləyişə nail olmaq üçün vasitəçiliyini elan etməlidir. Xarici İşlər Nazirliyindən də regionda cərəyan edən proseslərdə fəal iştirak etməsini və Qarabağ bölgəsindəki toqquşmaların dərhal başa çatması və münaqişənin dayandırılmasına kömək etməsini gözləyirik”. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...