"Ərazilərini işğaldan azad etmək Azərbaycanın qanuni haqqıdır" | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


"Ərazilərini işğaldan azad etmək Azərbaycanın qanuni haqqıdır"

Siyasət A- A A+

Öz ərazilərini işğaldan azad etmək və geri almaq Azərbaycan dövlətinin tamamilə qanuni və dini haqqıdır.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bu, İranın dini lideri Ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəməd Əli Al Haşim, Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Mehdi Qoreyşi, Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili və Zəncan vilayəti üzrə nümayəndəsi Əli Xatəminin birgə bəyanatında öz əksini tapıb.

İranın dini liderinin nümayəndələri birgə bəyanatda qeyd ediblər ki, Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində geri alır.

Onlar əlavə ediblər ki, İran Azərbaycanın son qələbələrini alqışlayır, şəhidlərə rəhmət diləyir və ümid edir ki, bu məsələ tezliklə haqqın bərqərar olunması ilə həll olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...