"Ermənistan döyüş cinayəti işləməyə, mülki əhalini qətl etməyə davam edir".
Eurasia Dairy xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Tvitter" hesabında paylaşıb.
"Ermənistan uşaq böyük demədən günahsız insanları öldürür, bu vəhşiliyə qarşı susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar işlədikləri günahlara görə cavab verəcəklər. Can Azərbaycanın hər zaman yanındayıq".