XİN beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırıb | Eurasia Diary - ednews.net

29 Noyabr,


XİN beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırıb

Siyasət A- A A+

“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”, - deyə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...