Əli Əhmədov: "Bütün insanların COVID-19-a qarşı peyvəndlərə əlçatanlığı təmin olunmalıdır"

Siyasət 14:16 25.11.2020

Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən "Eurasia Diary"yə verilən məlumata görə, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin 34-cü iclasında iştirak edib.

İclasın açılışında çıxış edən İCAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın yaranmasının 20 ilinin tamam olduğunu bildirib.

Xose De Venesia qeyd edib ki, hazırda bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır.

Pakistanın nümayəndəsi Müşahid Hüseyn Sayed isə pandemiyanın yaratdığı çətinliklərdən danışıb və qeyd edib ki, virusa qarşı peyvəndin hazırlanması işi təqdirəlayiqdir. Pakistan nümayəndəsi həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əldə olunan nəticələri də bu ilin vacib hadisələrindən biri kimi dəyərləndirib.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, bu gün dünyada insanlar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, pandemiya insan sağlamlığına zərər vurmaqla yanaşı, ölkələrin iqtisadiyyatına və sosial həyatına da mənfi təsir edir.

YAP Sədrinin müavini çıxışında diqqətə çatdırıb ki, yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığı təmin olunmalıdır: “Məlumdur ki, dünyada 1.2 milyard insan yoxsulluq həddində yaşayır. Koronavirusa qarşı peyvəndin qiyməti isə 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul  insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir. Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var. Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq. Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVİD-19 pandemiyası qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər”.

Əli Əhmədov çıxışında həmçinin beynəlxalq hüququn dünyada tətbiqi məsələsinə də toxunub: “44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. İCAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli şəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər. Bu baxımdan, mən Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə gələn ilin bu zamanlarında “Sülh və əməkdaşlıq naminə dialoq: siyasi partiyaların rolu” mövzusunda beynəxlaq konfransın keçirilməsini təklif edirəm. İCAPP bu tədbirin keçirilməsində yaxından iştirak edə bilər”.

Tədbirdə həmçinin, Livanın nümayəndəsi Fadi Favaz, Nepalın nümayəndəsi Suzata Korola, Kambocanın nümayəndəsi Kuon Sudari, Hindistanın nümayəndəsi Vicay Colmi və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonda iclasın gündəliyində olan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı