Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Eurasia Diary-nin xəbərinə görə, 4 saat yarım davam edən toplantıdan sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: “Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.