Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb

Siyasət A- A A+

Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir.

Eurasia DiaryReport”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədi ilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...