“Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb” - Ərdoğan | Eurasia Diary - ednews.net

24 Yanvar,


“Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb” - Ərdoğan

Siyasət A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, hər şeydən əvvəl Minsk Qrupu vasitəçidir. 

“Fransanın isə onsuz da vasitəçilik missiyası qalmayıb. Makron Fransanın başına bəladır. Fransa çox-çox təhlükəli bir dövr yaşayır. Təmənnam odur ki, bir an əvvəl Fransa Makron bəlasından qurtulsun. Əks təqdirdə “sarı jiletlillər”dən qurtula bilməyəcək. “Sarı jiletlilər” daha sonra “qırmızı jiletlilərə” çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıyadırlar. Dəyərli qardaşım İlham Əliyev fransızlara belə bir tövsiyə verib: “Erməniləri bu qədər sevirlərsə Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”, - deyə Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...