Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

Siyasət A- A A+

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib. 

Eurasia Diary-nin məlumatına görə, dövlət başçısı Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib. 

Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Ukrayna Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...