İraqda 340 nəfər edam olunacaq | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


İraqda 340 nəfər edam olunacaq

Siyasət A- A A+

İraqın Prezident Administrasiyası terror aktlarının və qətllərin törədilməsinə görə ölümə məhkum edilmiş 340 nəfərin edamını təsdiqləyib.

Eurasia Diary Modern.az saytına istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat paylaşıb.

Hakimiyyət nümayəndəsi İraqın rəsmi informasiya agentliyinə bildirib ki, qərar bütün konstitusiya və hüquqi aspektlərin öyrənilməsindən və şikayətlərin verilmə vasitələrinin başa çatmasından sonra qəbul edilib.

Mənbə diqqəti ona yönəldib ki, bu şəxslərin edamı Bağdadda 21 yanvarda törədilmiş və 32 nəfərin həlak olması, 110 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra bəyənilib.

İŞİD terror təşkilatı ilə əlaqədə olan bu şəxslər İraqda terrorizmlə mübarizə haqqında qanunun 4 maddəsi üzrə ittiham edilirlər. İraq qanununa əsasən terror aktları törədən və ya terror təşkilatına üzv olan şəxsləri ölüm cəzası gözləyir.

Ölkə Konstitusiyasına görə, ölüm cəzasının icrası üçün prezidentin təsdiqi lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...