Ankarada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb.
Eurasia Diary Türk Şurasına istinadən xəbər verir ki, görüşdə Baş katib və xarici işlər naziri təşkilatın hazırkı iş proqramına daxil olan müxtəlif məsələlər, beynəlxalq və regional gündəlikdəki prioritet məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər 2021-ci il martın sonunda keçirilməsi planlaşdırılan Türk Şurası Zirvə görüşünə hazırlıq işləri və bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan müntəzəm zirvə də daxil olmaqla yaxın gələcəkdə reallaşacaq mühüm tədbirləri müzakirə ediblər.