"Xatırlatmaq istəyirəm ki, ilk qan Sumqayıtda tökülməyib" Polad Bülbüloğlu

Siyasət 12:45 28.02.2021

“Son zamanlar Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə başladığı iddiaları səsləndirilməyə başlayıb. Xatırlatmaq istəyirəm ki, ilk qan Sumqayıtda tökülməyib”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

Səfir Sumqayıta qədər bir neçə dəfə ermənilərin azərbaycanlılara hücum etməsi, çoxsaylı qətllər törətməsi ilə bağlı tarixi faktları xatırladıb: “1983-cü ilin aprelində qondarma "Soyqırımı Günü" keçirən erməni ekstremistləri Zəngibasarda (indiki Masis rayonu) qırğın törətdilər, toy zamanı Qafarovlar ailəsinə hücum etdilər, 4 nəfər öldürdülər, onlarla azərbaycanlını yaraladılar. Ancaq çoxsaylı şikayət və müraciətlərə baxmayaraq, yerli milis və administrasiya bu şikayətlərə heç bir şəkildə reaksiya vermədi. Hətta Sovetlər İttifaqının mərkəzi orqanlarına müraciət olunandan sonra belə cinayət işi açılmadı. Artıq 1986-cı ildə Azərbaycan əhalisinin demək olar ki, yarısı Ermənistanın Qafan rayonundan qovulmuşdu. 1987-ci ilin oktyabrında, Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonra isə azərbaycanlıların bütün Ermənistan ərazilərindən kütləvi şəkildə qovulmasına başlanıldı.

1988-ci il 22 fevral tarixində Əsgəran rayonunda iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş ictimai rezonans doğurmuşdu.

Ermənistandan çox sayda azərbaycanlı əhalinin sıxışdırılması getdikcə artmaqda idi. Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən çıxarılır, etnik azərbaycanlılar xəstəxanalarda müalicəyə qəbul edilmir, küçələrdə və ictimai yerlərdə azərbaycanlıların ünvanın davamlı təhdidlər eşidilirdi. 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda (indiki Loris vilayəti) qorxunc hadisələr baş verdi. Erməni silahlıları Vartanlı kəndinə hücum etdilər. Orada 13 azərbaycanlı diri-diri yandırıldı, 70-dən çox insan qətlə yetirildi. Azərbaycanlılara qarşı vəhşiliklər Gümrüdə də baş verirdi. Amasiya rayonunun 21 minlik əhalisinin 18 minini azərbaycanlılar təşkil edirdi, onlar da etnik təmizləmə nəticəsində öz torpaqlarından qovuldular. Ən təəccüblüsü isə Qorbaçov başda olmaqla Sovetlər İttifaqı rəhbərliyinin heç bir şey olmamış kimi davranması idi. Azərbaycanlıların Sovetlər İttifaqının Mərkəzi orqanlarına etdiyi bütün şikayətlər cavabsız qalırdı və ya onlara formal cavablar verilirdi”.

P. Bülbüloğlu deyib ki, 1988-ci ilin yanvarında Ermənistandan olan minlərlə azərbaycanlı qaçqın Bakıya axın etməyə başladılar: “Ümumilikdə, təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovuldu. Bir gecədə əmlakını itirən bu insanların hamısı Bakıda və Sumqayıtda cəmləşdi. Azərbaycan tərəfi sosial gərginliyi aradan qaldırmağa çalışdı, lakin ağrı, qəzəb, küskünlük, yaxınlarının və doğmalarının ölümündən olan itkinin şiddəti unudula bilmədi”.

Səfir nəzərə çatdırıb ki, gərgin vəziyyətin yarandığı Sumqayıtda hadisələr əvvəllər üç dəfə məhkum olunmuş etnik erməni olan Eduard Qriqoryan tərəfindən təşkil olunub: “O, soyğunlarda, təcavüzlərdə fəal iştirak etmiş, şəxsən 6 ermənini qətlə yetirmişdi. İstintaq zamanı onun günahı tam sübuta yetirilib və o, mühakimə olunaraq həbs cəzası alıb. Sumqayıtdakı iğtişaşlarda onun iki qardaşı da  iştirak edib. Şəxsən mən, həm o vaxt, həm də bu gün Sumqayıt hadisələri ssenarisinin Qarabağda hərbi əməliyyatların başlanması və orada törədilmiş qəddarlığa haqq qazandırmaq üçün açıq bir təxribat olduğunu düşünürəm. Ona görə ki, azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. Bu plan ikinci mərhələdə Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7 rayonda etnik təmizlənmə ilə davam etmiş oldu”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı