Hikmət Hacıyev - “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb” | Eurasia Diary - ednews.net

15 May, Şənbə


Hikmət Hacıyev - “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb”

Siyasət A- A A+

“Türk Şurası çərçivəsində enerji, nəqliyyat və digər sahələrdə işçi qrupları yaradılıb, bununla bağlı informasiya təminatı da unudulmamalıdır”.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hər bir fəaliyyətin informasiya təminatının yaradılması vacibdir: “44 günlük müharibə zamanı Azərbaycana qarşı hibrid müharibə aparılırdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb. Azərbaycan və Türkiyə arasında media platforması yaradılıb. Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Müxtəlif media forumları da təşkil oluna bilər. Səylərimizi səfərbər etməli və dünya media müstəvisində sözümüzü deməyi bacarmalıyıq. Güc birlikdədir, əsas məqsəd həqiqətlərimizi birlikdə dünyaya çatdırmaqdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...