Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eurasia Diary xəbər verir ki, sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Azərbaycanın İspaniyadakı keçmiş səfiri Anar Abel oğlu Məhərrəmov idi. O, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən də geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.