Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla birgə Yerevanda mətbuat konfransı keçirir.
Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, o, Dağlıq Qarabağda situasiyanın sabitləşdiyini bildirib.
“Dağlıq Qarabağda situasiya stabilləşib. Baş verən kiçik insidentlər isə rusiyalı sülhməramlılar tərəfindən effektiv şəkildə yoluna qoyulur”, deyə o açıqlayıb.