Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

Siyasət A- A A+

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.

Qeyd olunub ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...