Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır" - Sərhəddə nə baş verir? | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Məhərrəm Əliyev: "Ermənilər daima aranı qatmağa çalışır" - Sərhəddə nə baş verir?

Siyasət A- A A+

“Azərbaycan xalqının bəlkə də ən böyük bəlasından biri erməni kimi təcavüzkar düşmənimizin olmasıdır. Ermənilər daima aranı qatmağa çalışır, müəyyən narazılıqlar yaradırlar”.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan dövləti möhkəm əllərdədir. Bu gün dövlətimiz qüvvətli və güclüdür. Ən əsası odur ki, dövlət başçımız İlham Əliyevin bu məsələlərdə ən yüksək və keyfiyyətli işlərinin şahidi olmuşuq” deyə Prezidentin köməkçisi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...