“Müharibəyə görə dindirilməyə hazıram” - Paşinyan | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


“Müharibəyə görə dindirilməyə hazıram” - Paşinyan

Siyasət A- A A+

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 44 günlük Qarabağ müharibəsinin şərtləri və danışıqlar prosesinin parlamentin xüsusi komissiyası tərəfindən araşdırılmalı olduğunu hesab edir.

Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Dindirilməyə getməyə hazıram. Kabinetim və iqamətgahım da axtarışa hazırdır. Məlum hadisələr zamanı kabinetim kiçik axtarışa məruz qaldı, şübhəli bir şey olsaydı, tapardılar", - Paşinyan deyib.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, 44 günlük müharibəni araşdırmaq üçün komissiya qurulması məsələsi hakimiyyətin gündəminin bir hissəsinə çevrilməli və baş nazir də daxil olmaqla əlaqəli olanların bütün dairəsi sorğulanmalıdır. Onun sözlərinə görə, komissiyanın təkcə formatı deyil, həm də atmosfer vacibdir, çünki noyabr ayında onu təşkil etmək mümkün olmazdı:

“Mən hazıram və gizlədəcək bir şeyin olmadığını bilirəm. Gəlin, bunun yeni parlamentin ən vacib məsələlərindən biri olacağına razılaşaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...