Jirinovski azərbaycanlını öldürən polisə dəstək verdi - VİDEO | Eurasia Diary - ednews.net

1 Avqust,


Jirinovski azərbaycanlını öldürən polisə dəstək verdi - VİDEO

Siyasət A- A A+

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

Eurasia Diary xəbər verir ki, Jirinovski Azərbaycanın millət vəkillərini də tənqid edib.

“Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizin nə işinizə qalıb? Əgər Azərbaycan nümayəndələri, sakinləri üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya liderinə müraciət imzalamasına səbəb olmuşdu.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...