"Şuşa bəyannaməsi"ndən danışdı: Ən vacib maddə... - Brayza | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


"Şuşa bəyannaməsi"ndən danışdı: Ən vacib maddə... - Brayza

Siyasət A- A A+

Müttəfiqlik münasibətləri barədə "Şuşa bəyannaməsi" Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir.

Eurasia Diary xəbər verir ki, bunu  ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, "Şuşa bəyannaməsi"nin imzalanması stabilləşdirici addımdır:

"Bəlkə də bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, əraz bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir. Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir".

Sabiq səfir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşaya səfəri vacib əhəmiyyət daşıyır.

Trend

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...