“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili - VİDEO | Eurasia Diary - ednews.net

25 İyul,


“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili - VİDEO

Siyasət A- A A+

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə son on ilin ən vacib sənədi hesab edilə bilər.

Eurasia Diary xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında yayımlanan növbəti təhlilində qeyd olunub.

Videoda Şuşa Bəyannaməsi detallı şəkildə təhlil olunub.

“Caliber” vurğulayır ki, dövlətlər arasında 1994-cü və 2010-cu illərdə imzalanmış sənədlərə də istinad olunan mövcud müqavilə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni bir mərhələ yaradır.  Bütün bunlar isə Heydər Əliyev və Süleyman Dəmirəlin dövründə başladılan proseslərin məntiqi nəticəsi kimi təzahür edir.

Mətndə ayrıca qeyd olunur ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri iki xalqın milli-mənəvi dəyəri olaraq qiymətləndirilir. Bununla da ortaya aydın şəkildə mədəni-ideoloji bir vektor qoyulur.

oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...