Ermənistanın Qarabağın “müstəqilliyi”ni tanıması müharibə səbəbidir - Paşinyan | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Ermənistanın Qarabağın “müstəqilliyi”ni tanıması müharibə səbəbidir - Paşinyan

Siyasət A- A A+

Ermənistanın Qarabağın (qondarma və keçmiş “dqr” nəzərdə tutulur – red.) “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir.

Eurasia Diary xəbər verir ki, bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda deyib.

Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına cavab verib:

“Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim “artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə “arsax”ı tanımırıq. Onlara görə ki, əgər o cümlə müharibəyə gətirib çıxarmışdısa, “arsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”, - Paşinyan bildirib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...