“Azərbaycan tərəfinin fəaliyyətlərinin məntiqi göstərir ki, “Laçın dəhlizi” deyilən ərazi hələ bir müddət açıq qalacaq, sonra Türkiyə və Azərbaycan “Zəngəzur dəhlizi” strateji proqramını həyata keçirməyə müvəffəq olanda əvvəlcə Laçında Azərbaycan DTX-nin keçid məntəqəsi peyda olacaq, sonra mülahizəyə görə, bu da bağlanacaq”.
Eurasia Diary xəbər verir ki, bunu erməni iranşünas Artyom Tonoyan deyib.
“Məgər Ermənistan bu halda öz ərazisi ilə Azərbaycanı Türkiyə ilə birləşdirən “Zəngəzur dəhlizi”ni bağlamaq cəsarətinə sahib olacaq? Düşünürəm ki, yox”, - deyə o qeyd edib.