Şimali Kipri 5 ölkə tanıyacaq - Azərbaycan da var | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Şimali Kipri 5 ölkə tanıyacaq - Azərbaycan da var

Siyasət A- A A+

Beş ölkə Şimali Kipr Türk Respublikasını dövlət kimi tanıyacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə “Arab Nyus” nəşri yazıb.

Nəşr iddia edib ki, Şimali Kipri Azərbaycan, Pakistan, Liviya, Banqladeş və Qambiya tanıyacaq:

“Qərb ölkələrindən gələn sərt reaksiyalara baxmayaraq, Ankara ada ilə bağlı planlarını tətbiq etməyə hazırlaşır. Şimali Kipri Türkiyədən sonra tanıyan ikinci dövlət Azərbaycan olacaq. Azərbaycan yaxın zamanlarda Şimali Kiprdə diplomatik missiya quracaq. Artıq bununla bağlı hesabatlar da mövcuddur.

Daha sonra isə Pakistan Şimali Kipri tanıyan ölkələr sırasına daxil olacaq. Bundan başqa, Liviya, Banqladeş və Qambiyanın da Şimali Kiprlə diplomatik əlaqələr qurması və tanıması gözlənilir”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...