Azərbaycan, Gürcüstan və Ermənistanın parlament nümayəndə heyətləri mövcud problemləri həll etməyə cəhd göstərir. Aparıcı rolu burada Gürcüstan oynaya bilər.
Eurasia Diary Axar.az-a xəbər verir ki, bunu Tiflisdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Rik Dams deyib.
“İlk nümunə hər kəs üçün vacibdir. Bu, Azərbaycan və Ermənistana münasibətdə Gürcüstanın regional mövqeyidir. Azərbaycan, Ermənistan və Gürcüstan parlament nümayəndə heyətləri Gürcüstanın vasitəçi kimi aparıcı rol oynayacağı məsələləri həll etməyə cəhd edəcəklər”, - Dams bildirib.