Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

Siyasət A- A A+

"Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir."

EDNews.net-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir", - Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi təklifi ilə bağlı jurnalistlərin sualına cavab olaraq Dmitri Peskov bildirib ki, İrəvanla təmaslar davam edir. "Başqa əlavə edəcəyim bir şey yoxdur", -deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...