Prezidentinin tapşırığına əsasən FHN-in əməkdaşları Türkiyəyə yola düşəcək | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Prezidentinin tapşırığına əsasən FHN-in əməkdaşları Türkiyəyə yola düşəcək

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

EDNews.net-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

Əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...