Dağlıq Qarabağ münaqişəsi rayonunda vəziyyətin normallaşması ilə bağlı səylər çərçivəsində prioritet 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsidir.
EDNews.net xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 76-cı sessiyasında Rusiyanın mövqeyi ilə bağlı yaydığı bəyanatda bildirilib.
"BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərinin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır", - bəyanatda qeyd olunub.