Torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik - Pakistanlı müşavir | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik - Pakistanlı müşavir

Siyasət A- A A+

“Azərbaycanda olmaqdan çox şadam. Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edirəm”.

EDNews.net-in “Report”-a istinadən verdiyi xəbərə görə, bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

“Biz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və Ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Ümid edirəm ki, bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...