Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

Siyasət A- A A+

Cənubi Qafqaz bölgəsində Türkiyə regional gücə çevrilib.

EDNews.net xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Maqid deyib.

O bildirib ki, II Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi:

“Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə 2 qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir. Ermənistana gəlincə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır”.

Politoloq qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb:

“Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...