Moldova mediasında AŞ-nin Qarabağdakı mina xəritələrinin təqdim edilməsilə bağlı Ermənistana çağırışına dair məqalə dərc edilib | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Moldova mediasında AŞ-nin Qarabağdakı mina xəritələrinin təqdim edilməsilə bağlı Ermənistana çağırışına dair məqalə dərc edilib

Siyasət A- A A+

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komitəsi tərəfindən verilən bəyanatda Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış bütün minaların xəritələrini verməsinə dair çağırış edilib.

Azərbaycanın Moldovadakı səfirliyindən EDNews.net-ə verilən məlumata görə, bu barədə Moldovanın məşhur xəbər portalı “Noi”də dərc olunan məqalədə deyilir.

Məqalədə Komitənin hər iki ölkə üçün ikinci Qarabağ müharibəsinin humanitar nəticələrinin aradan qaldırılması məqsədilə qısa və uzunmüddətli perspektivlərə əsaslanan bir sıra tövsiyələr hazırladığı bildirilir.

Məqalədə qeyd edilir ki, Komitə noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonra mina partlayışları nəticəsində 159 azərbaycanlının öldüyünü və ya yaralandığını təəssüf hissi ilə bildirib və Ermənistanı "bütün minalanmış ərazilərin xəritələrini dərhal verməyə" çağırıb.

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://noi.md/ru/v-mire/sovet-evropy-prizval-armeniyu-obnarodovati-karty-vseh-minnyh-polej-v-karabahe

https://noi.md/md/in-lume/consiliul-europei-a-cerut-armeniei-sa-publice-hartile-tuturor-cimpurilor-minate-din-karabah

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...