Ermənilər Xankəndidən qaçır Onlar Qarabağı bu üsulla tərk edirlər

Siyasət 13:53 22.09.2021
Qarabağın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilər evlərini yenidən satışa çıxarmağa başlayıblar. Erməni əmlak satışı saytlarında sözügedən ərazilərdəki daşınmaz əmlaklarla bağlı yerləşdirilən elanların sayı hər keçən gün daha da artır.
 
Araşdırmalarımız göstərir ki, Xankəndi və ətraf ərazilərdəki evlər dəyərindən aşağı qiymətə satışa çıxarılıb. Sayı getdikcə çoxalan satış elanlarına nəzər yetirəndə görürük ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub.
 
Ermənilərin Qarabağdakı evlərini kütləvi şəkildə satışa çıxarmalarını 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra da müşahidə etmişdik. Belə ki, savaşda məğlub olan ermənilər sözügedən ərazilərin onlara aid olmadığını dərk edərək kütləvi formada daşınmaz əmlak agentliklərinə elan yerləşdirirdilər. 2020-ci ilin noyabr-dekabr aylarını əhatə edən elanlar görünür ki, heç bir işə yaramayıb. Hazırda Ermənistanın aparıcı satış saytlarında ötən ilin son iki ayında yerləşdirilən elanların yenilənməsi prosesi müşahidə olunur. Yəqin ki, ermənilər ilk vaxtlar evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kimsənin gəlib o ərazilərdə ev almayacağını dərk ediblər. İndi isə dəyər-dəyməzinə verib müəyyən miqdar da olsa Qarabağdakı əmlaklarını pula çevirmək niyyətindədirlər. Bununla yanaşı, ermənilər Xankəndidə mənzillərlə yanaşı, ticarət obyektlərini, tikintisinə yeni başlanan çoxmərtbəli bina layihələrini, torpaq sahələrini də satışa çıxarıblar. Təkcə bir satış saytında son bir həftə ərzində 40-a yaxın mənzil elanı yerləşdirilib.
 
 
Elanın verilmə tarixi 20.12.2020. Yenilənib: 19.09.2021, List.am satış saytı
 
Sözügedən elanlarda başqa bir detal da diqqət çəkir. Belə ki, hazırda satışa çıxarılan evlərin böyük əksəriyyətinin xarici nömrələrlə elan saytlarında yerləşdirildiyini görürük. Bəziləri Avropa ölkələrinə məxsus əlaqə vasitələri olsa da, Rusiyaya məxsus nömrələr üstünlük təşkil edir. Bu isə daha bir erməni yalanını ifşa edir: Qarabağda yaşayan ermənilərin saylarının süni şəkildə şişirdilməsi təsdiqini tapır. Yəni ermənilərin təqdim etdiyindən fərqli olaraq reallıqda rəqəmlər tam fərqlidir - Qarabağdakı ermənilərin sayı deyilən rəqəmlərdən çox aşağıdır.
 
Publika.az-a danışan “Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, ermənilər üçün evin baha və ya ucuz qiymətə satılmasının heç bir fərqi yoxdur. Əsas olan daşınmaz əmlaklarını müəyyən miqdar pula satmaqdır.
 
Ekspert bildirib ki, ermənilərin xüsusi olaraq qeyd etdikləri “real alıcıya endirim”in real olub-olmaması ilə bağlı elanı yerləşdirən şəxslərlə əlaqə saxlanılıb və onlar əmlaklarını saytda göstərdikləri rəqəmdən daha aşağı qiymətə təklif ediblər:
 
“Biz sosial şəbəkə üzərindən onlarla qeyri-rəsmi danışıqlar aparıb qiymətlərlə maraqlanmışıq. Almaq niyyətimizin olduğunu da bildirmişik. Onlar isə neçəyə olsa satacaqlarını deyirlər, yəni əsas olan əmlakın satılmasıdır. Əksəriyyəti Moskvada yaşadıqlarını bildirir. Əməkdaşımız qiymətin baha olduğunu desə də, “danışarıq, aşağı qiymətə də verərik” deyə cavab verilib. Onlar üçün əsas qiymət deyil, dəyər-dəyməzinə satıb getməkdir. Artıq başa düşürlər ki, Azərbaycan vətəndaşları ilə birlikdə Xankəndidə yaşamalıdırlar. Düzdür, bu istəkdə olanlar da var. Çünki kasıb, aclıq və səfalət içərisində olan Ermənistanda yaşamaqdansa Azərbaycanda yaşamalarını bir çoxları üstün tutacaq. Amma elələri də var ki, əmlaklarını satdıqdan sonra Ermənistana deyil, xaricə üz tutmaq istəyir. Əllərində müəyyən miqdarda valyutanın olması kifayət edir ki, onlar ölkəni tərk etsinlər. Hətta elanların bəzilərində onlar satışa çıxardıqları əmlakın qiymətini erməni pul vahidi ilə deyil, dollarla qeyd ediblər. Xarici nömrələrdən də istifadə edirlər. Yəni ola bilər ki, bəzi insanlar ölkədən gediblər və əmlakları buradadır, sadəcə satıb xeyir əldə etmək niyyətindədirlər. Onlar indidən xırda miqdar da olsa müəyyən qədər vəsait əldə etmək üçün əmlaklarını satışa çıxarırlar”.
 
R.Qasımzadə ermənilərin Xankəndidə satışa çıxardıqları evlərin orta qiymətini qeyd edib: “Bir otaqlı evlər 10 min dollardan təklif edilir, 20 min dollara da var. Yəni qiymət evin şəraitinə, yerləşmə yerinə görə dəyişir. İki otaqlı mənzillər 15 min dollardan 25 min dollara, 3 otaqlı evlər 20 min dollardan 40 min dollar civarında, 4 otaqlılar isə 25 min dollardan yuxarı təklif edilir. Ən çox təklif olunanlar isə təkrar mənzil bazarına aid olan mənzillərdir”.
 
Ekspertin sözlərinə görə, ermənilərin Qarabağ ərazisində torpaq satışını həyata keçirmələrinin hüquqi əsası yoxdur. Onlar yalnız torpaq üzərində olan əmlaka sahibdirlər. Ərazi isə Azərbaycana aiddir: “Onlar evlərini qanunsuz olaraq, əvvəl qondarma qurumlarının verdiyi saxta qanunvericilik sənədlərinə uyğun olaraq satışa çıxarırlar. Bunun isə heç bir hüquqi əsası yoxdur. Onların sadəcə orada yaşamaq üçün istifadə hüquqları var, yəni istifadə hüquqlarını satışa çıxarırlar. Ümid edirik ki, zamanı gələndə bu qanunsuzluğa son qoyulacaq”.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı